Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sabah Kremldə sazişlər imzalanacaq

Vladimir Putin

© APA | Vladimir Putin

# 29 sentyabr 2022 14:04 (UTC +04:00)

Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Sabah saat 15:00-da Kremlin Georgiyevsk zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Putinin çıxışı olacaq”, - Kremlin sözçüsü qeyd edib.

Xatırladaq ki, Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionlarında 23-27 sentyabr tarixlərində “referendum” təşkil edib. “Referendumlar”da bütün səslərin sayıldığı və seçicilərin böyük əksəriyyətinin Rusiyaya birləşməyə səs verdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR