Ukraynanın 4 vilayətində Rusiyaya birləşmək üçün referendum təyin edilib - YENİLƏNİB

Leonid Paseçnik

© APA | Leonid Paseçnik

# 20 sentyabr 2022 16:52 (UTC +04:00)

Ukraynanın işğal altındakı 4 vilayətində Rusiya Federasiyasına birləşmək barədə referendum keçiriləcək.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, Xersondakı işğalçı rejimin qubernatoru Vladimir Saldo vilayətdə 23-27 sentyabr aralığında Rusiyaya birləşməklə bağlı referendum keçiriləcəyini söyləyib.

Analoji referendumun Zaporojye vilayətində, Luqansk və Donetsk vilayətlərində yaradıllmış separatçı "DXR" və "LXR"də keçiriləcəyi açıqlanmışdı.

***

15:49

Qondarma “Luqansk Xalq Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.

APA xəbər verir ki, bu barədə qondarma “LXR”in lideri Leonid Paseçnik bildirib.

Onun sözlərinə görə, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

"Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün referendum təyin edib. Belə ki, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR