Ukraynaya görə Qərb ölkələrindən 400-dən çox rusiyalı diplomat çıxarılıb

Ukraynaya görə Qərb ölkələrindən 400-dən çox rusiyalı diplomat çıxarılıb
# 25 aprel 2022 18:40 (UTC +04:00)

Ukraynada xüsusi hərbi əməliyyatdan başlayandan bəri 28 Qərb ölkəsindəki diplomatik nümayəndəliklərdən 400-dən çox rusiyalı diplomat çıxarılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Evgeni İvanov Federasiya Şurasının Dövlət suverenliyi və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti komissiyanın iclasında bildirib.

“Ukraynada xüsusi hərbi əməliyyatdan başlayandan bəri 28 Qərb ölkəsindəki diplomatik nümayəndəliklərimizdən 400-dən çox əməkdaşımız çıxarılıb. İlk pillələrdə Polşa, Almaniya, Sloveniya, Slovakiya, Xorvatiya, Fransa, İtaliya və İspaniyadır”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR