ÜST: Dünyada mənşəyi məlum olmayan hepatit yayılır

ÜST: Dünyada mənşəyi məlum olmayan hepatit yayılır
# 14 iyul 2022 01:44 (UTC +04:00)

Dünyada mənşəyi məlum olmayan hepatitlə bağlı 1 010 hal aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qurum bildirir ki, 22 halda xəstəlik ölümlə nəticələnib.

Mənşəyi məlum olmayan hepatitin ilk kütləvi yayılması aprelin 5-də Böyük Britaniyada qeydə alınıb. Xəstəlik əsasən 10 yaşlı uşaqlar arasında yayılır. Dünyada qeydə alınmış xəstələrdən 484-ü Avropadadır ki, bunlardan 272-si Britaniyanın payına düşür. Xəstəlik sayına görə ikinci yerdə isə 435 nəfərlə Amerika gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR