ÜST: “Ölkələrin səhiyyə sistemləri çökə bilər”

ÜST: “Ölkələrin səhiyyə sistemləri çökə bilər”
# 30 dekabr 2021 01:44 (UTC +04:00)

Koronavirusun Delta və Omikron variantarının kəskin yayılması səhiyyə sistemlərini ciddi imtahan qarşısında qoyur.

APA-nın xəbərinə görə, bunu ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Mən çox narahatam ki, Delta və Omikron variantları sunami effekti yaradacaq. Bu da artıq yorğun düşmüş tibb personalına və çökmənin bir addımlığında olan səhiyyə sistemlərinə təzyiq yaradır” deyə, Baş direktor bildirib.
Qebreyesus Delta və Omikron variantlarını “əkiz təhlükə” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR