Vasili Nebenzya BMT-də Şarl Mişelin çıxışı zamanı zalı tərk edib

Vasili Nebenzya

© APA | Vasili Nebenzya

# 06 iyun 2022 21:42 (UTC +04:00)

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirldiyi iclası tərk edib.

APA xəbər veri ki, o, Avropa Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı zalı tərk edib.

Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi detalları dəqiqləşdirmədən bu faktı təsdiqləyib.

İclasda şəxsən iştirak edən Mişel Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərinə qarşı ittihamlar səsləndirib.

Daha əvvəl çıxışında Nebenzya özü belə ittihamları rədd etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR