Vladimir Putin II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib

Vladimir Putin II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib
# 09 sentyabr 2022 00:12 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Kraliça II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Kraliçanın ölümü ilə bağlı Kral III Çarlza ünvanladığı başsağlığıda deyilir:

“Böyük Britaniyanın ən yaxın tarixindəki mühüm hadisələr Ülyahəzrətin adı ilə sıx şəkildə bağlıdır. Uzun onilliklər ərzində II Elizabet haqlı olaraq öz sevgi və hörmətindən, eləcə də dünyadakı nüfuzundan istifadə edib”.

Putin III Çarlza bu ağır itki qarşısında cəsarət və möhkəmlik arzulayıb.

“Kral ailəsinin üzvlərinə və bütün Böyük Britaniya xalqına səmimi başsağlığı və dəstək sözlərini çatdırmağınızı xahiş edirəm”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR