Vladimir Putin müharibə zonasına səfər edib

Vladimir Putin müharibə zonasına səfər edib
# 20 dekabr 2022 23:21 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 16-da Ukrayna ilə müharibə zonasına səfər edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Rossiyskaya qazeta” xəbər verir ki, dekabrın 16-da Rusiya prezidenti qoşunların birləşmiş qərargahında işləyib.

Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi hərbi əməliyyat zonasında olduğunu yazıb.

Kremlin sözçüsü deputatın yaydığı məlumatı təsdiqləyib:

“Əgər o, [Qurulev] cümə günü [Putinin] olduğu qərargahı nəzərdə tutursa, bəli”, - deyə Peskov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR