Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında keçirilən qeyri-formal görüş başa çatıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Çin Sədri artıq Kremli tərk edib.
Bildirilib ki, tərəflər arasında danışıqlar təxminən 4 saat 30 dəqiqə davam edib.
***
Saat 17:41
Moskvada Rusiya prezidenti Vladimri Putinlə Çin lideri Si Cinpin arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, görüş Kremldə keçirilir.
Qeyd edək ki, Si Cinpin bu gün Rusiyaya səfər edib.
Çin liderinin səfəri martın 22-dək davam edəcək.