Vladiqafqazda bazarda yanğın olub, 3 nəfər yaralanıb - VİDEO

Vladiqafqazda bazarda yanğın olub, 3 nəfər yaralanıb - VİDEO
# 06 may 2022 13:43 (UTC +04:00)

Vladiqafqazda bazarda böyük yanğın baş verib.

APA "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, yanğın Vikalin bazarında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar gəlib. İnsanlar təhlükəsiz yerə təxliyə olunub.

"Vikalina bazarında baş verən yanğın 4 500 kvadratmetr sahədə lokallaşdırılıb. Ümumilikdə bazardan 520 nəfər təxliyə edilib. Üç nəfər xəsarət alıb və onlar xəstəxanaya çatdırılıb. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb", - Şimali Osetiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR