Volodin Rusiya şəhərlərinin atəşə tutulmasında Boris Consonu ittiham edib

Vyaçeslav Volodin

© APA | Vyaçeslav Volodin

# 07 iyul 2022 17:08 (UTC +04:00)

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri postlarından istefa verdiyini açıqlayan Boris Consonun yürütdüyü siyasətin nəyə gətirib çıxardığını Avropa dövlətlərinin liderləri düşünməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Consonun istefası ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Təlxək gedir. Zelenskinin yaxın dostu və himayədarı, Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Bütün cəhdlərə və səylərə baxmayaraq, o, vəzifəsini qoruyub saxlaya bilməyib", - deyə Dumanın spikeri vurğulayıb.

Volodin Rusiya şəhərlərinin atəşə tutulmasında Boris Consonu ittiham edib.

"Bizim dinc şəhərlərimizin - Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır. Böyük Britaniya vətəndaşları bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir", - Volodin Teleqram kanalında yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR