Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi üzrə beynəlxalq mərkəz yaradılacaq

Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi üzrə beynəlxalq mərkəz yaradılacaq
# 06 oktyabr 2022 00:30 (UTC +04:00)

Bu ilin sonuna kimi Xəzər regionunda təbiətin monitorinqi və mühafizəsi üzrə beynəlxalq mərkəz yaradılacaq.

APA xəbər verir ki, bu barədə Rusiyanın Kalmık Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Xəzəryanı ölkələrin doqquz universiteti Xəzər regionunda Təbiətin Monitorinqi və Mühafizəsi üzrə Beynəlxalq Mərkəzin yaradılması haqqında saziş imzalayıb. Onun yaradılması təşəbbüsü ilə Kalmık Dövlət Universiteti çıxış edib.

Mərkəz kommunikasiya rolunu oynayacaq.

Monitorinq platforması “Dəhlizlər və Hasilat müəssisələri”, “Alternativ enerji mənbələri və ətraf mühitin mühafizəsi”, “Xəzər regionunda səhralaşma problemləri” istiqamətlərində olacaq və ilin sonuna qədər yaradılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR