Xəzərdə 2500 suiti ölüb - YENİLƏNİB

Xəzərdə 2500 suiti ölüb - YENİLƏNİB
# 04 dekabr 2022 20:26 (UTC +04:00)

Xəzərdə suitilərin kütləvi ölüm halları artıb.

APA TASS-a istinadən xəbər verir ki, Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.

Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməmişdir.

Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq.

***

Saat 16:15

Xəzərdə suitilərin kütləvi ölümü qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Xəzər Ekoloji Mərkəzinin rəhbəri Zaur Qapizov Dağıstanda Xəzər sahillərində indiyə qədər 1,7 min suiti cəsədinin aşkarlandığını bildirib.

Xəzər Ekoloji Mərkəzinin rəhbəri Zaur Qapizov ölən suitilərin sayının daha çox olduğunun ehtimal edildiyini söyləyib.

Suitilərin ölümünün səbəbi nümunələrin analizindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR