XİN: Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər

XİN: Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər
# 18 may 2023 13:17 (UTC +04:00)

Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər.

APA “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, Belarusun üzvlük müraciətinə baxılması hələ 1990-cı illərdə Avropa Şurası tərəfindən dondurulub.

“Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, ölkəmiz bu təşkilata qoşulmaq üçün ərizəsini geri götürəcək və Şura ilə münasibətlərin digər formatlarını nəzərdən keçirəcək”, - XİN rəsmisi qeyd edib.

Qlaz həmçinin Avropa Şurasının 16-17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş sammitinin nəticələrini şərh edib: “Bu, artıq Belarusun 30 il əvvəl qoşulmağa can atdığı təşkilat deyil”.

“Belə qənaətə gəlmək olar ki, Avropa Şurası sadə vətəndaşların, eyni zamanda, Belarus dövlətinin gözündə özünü tamamilə nüfuzdan salmaq üçün hər şeyi edir.

Buna baxmayaraq, ötən dövr ərzində Belarusla Avropa Şurası arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün çox işlər görülüb, bir sıra qarşılıqlı layihələr həyata keçirilib”, - Qlaz əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR