XİN: Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum gündəmdə deyil

XİN: Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum gündəmdə deyil
# 14 sentyabr 2022 12:27 (UTC +04:00)

Cənubi Osetiyanın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum məsələsi hazırda gündəmdə deyil. Konkret təkliflər daxil olarsa, Moskva tərəfindən buna baxılacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

"Biz o mövqedən çıxış edirik ki, Cənubi Osetiya xalqı Rusiya Federasiyası ilə inteqrasiyanın hüquqi cəhətdən əsaslandırılmış formaları və dərinləşməsi sürəti ilə bağlı möhkəm milli konsensusa gəlməlidir. Konkret təkliflər daxil olduqdan sonra onlara dövlətdaxili prosedurlarla müəyyən edilmiş qaydada Moskva tərəfindən baxılacaq. Beləliklə, deyə bilərik ki, referendum məsələsi hazırda gündəmdə deyil”, - deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR