XİN: Türkiyə Rusiya gəmisini həbs etməyib

Aleksey Zaytsev

© APA | Aleksey Zaytsev

# 06 iyul 2022 14:14 (UTC +04:00)

Türkiyə Rusiya gəmisini həbs etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə Türkiyə tərəfindən Rusiya gəmisinin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Rusiyanın Türkiyədəki səfirliyinin məlumatına görə, Rusiya gəmisi hazırda Qarasu limanındadır və gəmi fitosanitar nəzarəti daxil olmaqla, standart proseduradan keçir. Yekunda Türkiyə hakimiyyəti tərəfindən gəminin limandan keçib-keçməməsi barədə qərar qəbul olunacaq. Ona görə də, gəminin saxlanılması və gəmidəki yükün həbs edilməsindən söhbət getmir”, - rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR