XİN: Türkiyənin Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını açmasına nail olacağıq

XİN: Türkiyənin Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını açmasına nail olacağıq
# 19 may 2022 14:42 (UTC +04:00)

Moskva Suriyaya uçan Rusiya təyyarələri üçün Ankaranın hava məkanını açmasına nail olacaq. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

O qeyd edib ki, hava məkanının bağlanması Suriyadakı Rusiya bazalarının işini çətinləşdirməyib.

"Təmaslar davam edir. Türkiyəli tərəfdaşlarımızın düzgün qərar verəcəyini düşünürük", deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR