XİN: Xarici ölkə vətəndaşlarının Qazaxıstana girişi qadağan olunmayıb - YENİLƏNİB

Nur-Sultan şəhəri

© APA | Nur-Sultan şəhəri

# 06 yanvar 2022 18:04 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) xarici vətəndaşların ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı məlumatı təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Aybek Smadyarov “Sputnik Kazakhstan”a bildirib.

“Məlumat həqiqətə uyğun deyil”, - o qeyd edib.

***

15:17

Xarici ölkə vətəndaşlarının Qazaxıstana girişi məhdudlaşdırılıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, bu, ölkədə tətbiq olunan fövqəladə vəziyyətlə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR