Yaponiya Rusiyanın 49 təşkilatına ixrac məhdudiyyəti tətbiq edib - YENİLƏNİB

Yaponiya Rusiyanın 49 təşkilatına ixrac məhdudiyyəti tətbiq edib - YENİLƏNİB
# 27 yanvar 2023 14:02 (UTC +04:00)

Yaponiya hökuməti Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı sanksiyalar paketini genişləndirib.

APA xəbər verir ki, bu barədə məlumat Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Sanksiyaların genişləndirilməsi ilə əlaqədar radioaktiv materialların, peyvəndlərin, tibbi avadanlıqların və robotların ixracı qadağan edilib.

Tətbiq olunan qadağa tibbi cihazlar, o cümlədən analiz və sınaq cihazları, peyvəndlər, nüvə obyektləri, neft və qaz kəşfiyyatı üçün avadanlıqlar, partlayıcı maddələrin aşkarlanması üçün cihazlar, portativ generatorlar, lazer qaynaq maşınları və robotlar, həmçinin müxtəlif kimyəvi maddələr, o cümlədən barmaq izini təyin etmək üçün toz və gözyaşardıcı qazı əhatə edir.

Həmçinin o da əlavə olunub ki, ümumilikdə siyahıya 80-dən çox maddə daxildir.

Bundan başqa 22 fiziki şəxsə, üç şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib. Şirkətlərin aktivlərinin dondurulması nəzərdə tutulur və əlavə 49 Rusiya şirkətinə mal tədarükü qadağan edilib.

Qeyd edək ki, sanksiyalar fevralın 3-dən qüvvəyə minəcək.

***

06:53

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 49 hüquqi şəxsə ixrac məhdudiyyətləri tətbiq edib.

APA-nın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

Siyahıya elmi-tədqiqat institutları və silah istehsalı müəssisələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR