Yaponiyanın Vladivostokdakı konsulu casusluqda ittiham edilərək saxlanılıb

Yaponiyanın Vladivostokdakı konsulu casusluqda ittiham edilərək saxlanılıb
# 26 sentyabr 2022 19:58 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Yaponiya konsulu “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalanıb".

Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib. Konsulun özü arzuolunmaz şəxs elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR