Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər
# 20 mart 2023 16:40 (UTC +04:00)

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. O, Mirozyanla danışıqlarda XİN başçılarının üçtərəfli görüşünü müzakirə etdiklərini söyləyib:

“Erməni həmkarlarımız bu günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən mətbuat konfransında səslənən “Ermənistan bu cür görüşün keçirilməsinə hazırdır” bəyanatını təsdiqlədilər. Düşünürəm ki, yaxın vaxtlarda hansı tarixlərin üç nazirin hamısının qrafiklərinə uyğun olmasına baxacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR