“Youtube” “Rostex”in səhifəsini bloklayıb

“Youtube” “Rostex”in səhifəsini bloklayıb
# 07 avqust 2022 07:13 (UTC +04:00)

“Youtube” videoplatforması Rusiyanın “Rostex” korporasiyasının səhifəsini bloklayıb.

APA-nın xəbərinə görə, bu barədə İnterfax agentliyi məlumat yayıb.

Korporasiya bildirib ki, bu gündən etibarən “Youtube”dakı bütün məlumatlar Rusiyanın “Rutube” platformasına köçürüləcək.

“Rostex”in “Youtube”da 45 mindən çox izləyicisi var. Korporasiya Ukrayna münaqişəsinə görə ABŞ-ın sanksiya siyahısına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR