Yunanıstan XİN rəhbəri sabah İrəvana səfər edəcək

Nikos Dendias

© APA | Nikos Dendias

# 26 sentyabr 2022 17:16 (UTC +04:00)

Yunanıstan xarici işlər naziri Nikos Dendias sentyabrın 27-də İrəvana gedəcək və orada Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

APA Yunanıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Dendiasın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşü olacaq, daha sonra geniş tərkibdə danışıqlar aparılacaq.

Yunanıstanlı nazir daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən qəbul ediləcək. Bu görüşdə Ermənistanın müdafiə naziri Suren Papikyan da iştirak edəcək.

Görüşlərdə müzakirələr ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlərə, Qafqaz və Şərqi Aralıq dənizindəki vəziyyətə, habelə Aİ-Ermənistan münasibətlərinə həsr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR