“Yuxarı Lars” sərhəd məntəqəsindən piyadalar üçün keçid dayandırılıb

“Yuxarı Lars” sərhəd məntəqəsindən piyadalar üçün keçid dayandırılıb
# 28 sentyabr 2022 16:16 (UTC +04:00)

Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” sərhəd məntəqəsindən piyadalar üçün keçid dayandırılıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsində sərhədi piyada keçmək istəyənlərin uzun növbəsi yaranıb.

Piyadaların keçidinin heç bir səbəb göstərilmədən dayandırıldığı bildirilib.

Qeyd olunub ki, 16 saatdır növbə yerindən tərpənmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR