Zaxarova ABŞ Dövlət Departamentinin onu hədəfə aldığını deyib

Zaxarova ABŞ Dövlət Departamentinin onu hədəfə aldığını deyib
# 13 yanvar 2023 11:57 (UTC +04:00)

ABŞ Dövlət Departamenti məni hədəfə alıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Telegram kanalında yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentinin informasiya resurslarına media məkanında onun şəxsiyyəti üzərində ciddi işləməyi tapşırdığını bildirib.

Zaxarova qeyd edib ki, Dövlət Departamentinin saytında onun üzərində qırmızı hərflərlə “yalan” sözü yazılmış şəkilləri yerləşdirilib, həmçinin, xarici agentlərə və müxtəlif aktorlara işlənilməsi üçün tezislər göndərilib: “Əvvəllər Zaxarova yaxşı idi, indi isə pis olub. Mən məyus edəcəyəm. Mən həmişə çox yaxşı olmamışam", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR