Zaxarova ATƏT-i “siyasi meyitlər” diplomatiyası ilə məşğul olan təşkilat adlandırıb

Zaxarova ATƏT-i  “siyasi meyitlər” diplomatiyası ilə məşğul olan təşkilat adlandırıb
# 17 yanvar 2023 12:24 (UTC +04:00)

ATƏT “siyasi meyitlər” diplomatiyası ilə məşğuldur, çünki onun nümayəndələrinin səsi eşidilmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Soloviev Live”in efirində deyib.

Onun sözlərinə görə, o bunu təkcə Teresa Ribeyronun ATƏT-in media azadlığı üzrə nümayəndəsi vəzifəsinə gəlişi ilə əlaqələndirmir və bunu təşkilatın özündə, katibliyi və sədrliyi daxilində baş vermiş ümumi dəyişiklik sayır. Zaxarova ATƏT-in Rusiya tərəfinin ona göndərdiyi materiallara reaksiya verməyi dayandırdığını qeyd edib.

“Köklü dəyişikliklər baş verib. Onlar buna sakit diplomatiya deyirdilər, amma məni bağışlayın, bu, siyasi meyitlər diplomatiyasıdır. Bu və ya digər mandatla məşğul olan ATƏT-in səlahiyyətli nümayəndələri ölüblər, onları eşitmirlər, görmürlər. Təəssüf ki, bu neytral proses deyil”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova bildirib ki, ATƏT daxilində strukturun tam deqradasiyası ilə bağlı proseslər görünür.

Onun sözlərinə görə, Ribeyronun sələfi Arlem Desire hər şeyə obyektiv baxmağa çalışan bir insan olub.

"O, hesabat hazırlamaq üçün Rusiya tərəfinin təqdim etdiyi materiallardan istifadə edib. Həmin zaman ATƏT öz üzvlərinin maraqlarından, bu və ya digər tərəfin mövqeyini tutmaqdan bərabər məsafə nümayiş etdirib. Beynəlxalq təşkilat bir dövləti müdafiə etməməlidir, obyektiv olmalıdır", - deyə Zaxarova yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR