Zaxarova Baydenin BMT-dəki çıxışını yersiz adlandırıb

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 22 sentyabr 2022 11:46 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyasındanın 77-ci sessiyasındakı çıxışını yersiz adlandırıb.

APA xəbər verir ki, Zaxarova “Solovyov Live”-ın canlı yayımında deyib ki, Bayden çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin nüvə təhlükəsi barədə fikirlərindən yanlış sitatlar gətirib.

“ABŞ Prezidentinin çıxışına gəlincə, mən onu tamamilə yersiz hesab edirəm, çünki çıxışın həm başlanğıcı, həmçinin əsas istiqaməti də ölkəmiz barədə fikirlər ətrafında qurulmuşdu. İş orasındadır ki, Bayden çıxışına Rusiya Prezidentindən sitatlar gətirməklə başladı. Bayden Rusiya Prezidentinin çıxışında guya ki, ölkəmizin dünyanı nüvə silahı ilə təhdid etdiyini iddia edib”, - Zaxarova vurğulayıb.

O qeyd edib ki, belə bir mövqe əslində deyilən sözlərin tam əksinin сəmiyyətə təbliğ olunmasıdır: “Təəssüflər olsun ki, bu mövqe hazırda Qərb KİV-i tərəfindən yenidən sərgilənir. Bayden ABŞ kütləvi informasiya vasitələrində dolaşan fikirləri daha da möhkəmləndirdi”.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR