Zaxarova Blinkenin “Şimal axını” ilə bağlı bəyanatını gülünc adlandırıb

Zaxarova Blinkenin “Şimal axını” ilə bağlı bəyanatını gülünc adlandırıb
# 29 sentyabr 2022 11:48 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinkenin “Şimal axını”da baş verən insidentin heç kəsə sərf etməməsi barədə bəyanatı gülüncdür, bu yalandır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov. Live” Youtube kanalına müsahibəsində deyib.

"Uzun illər ABŞ bu layihəyə qarşı bütün mövcud vasitələrlə mübarizə aparıb... Ona görə də cənab Blinken deyəndə ki, layihənin məhv edilməsi heç kimə sərf eləmir, bu, gülüncdür. Bu yalandır. Gəlin olduğu kimi deyək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR