Zaxarova: “Gürcüstanın “3+3” formatına qoşulması üçün qapılar həmişə açıqdır”

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 24 dekabr 2021 14:23 (UTC +04:00)

“3+3” Cənubi Qafqazda regional əməkdaşlıq platformasının qapısı Gürcüstan üçün həmişə açıqdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarovanın sözlərinə görə, Cənubi Qafqazla bağlı regional məsələhətləşmələ platformasının bütün iştirakçıları Gürcüstanın bu formatda iştirakında maraqlı olduqlarını ifadə ediblər:

“Dekabrın 10-da Moskvada platformasının keçirilən birinci iclasında Rusiya daxil olmaqla bütün ölkələr yekdilliklə Gürcüstanın bur formatda iştirakında maraqlı olduğunu bildirdilər. Razılaşdıq ki, Gürcüstan üçün hər zaman qapı açıq olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR