Zaxarova: “İsraildən olan muzdlular "Azov"un döyüşçüləri ilə birgə vuruşur”

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 04 may 2022 11:40 (UTC +04:00)

İsraildən olan muzdlular Ukraynada "Azov" alayının döyüşçüləri ilə birlikdə vuruşur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində “Azov” döyüşçüləri ilə çiyin-çiyinədir”, - Zaxarova “Sputnik” radiosunun efirində qeyd edib.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsraildə bundan xəbərsiz ola bilməzlər.

“Mən videonu, fakturanı, materialları gördüm”, - Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR