Zaxarova KTMT-nin Ermənistana hərbi yardım göndərməməsinə aydınlıq gətirib: “...bu, ancaq nağıllarda olur”

Zaxarova KTMT-nin Ermənistana hərbi yardım göndərməməsinə aydınlıq gətirib: “...bu, ancaq nağıllarda olur”
# 15 sentyabr 2022 15:38 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sərhəddəki gərginliyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana birbaşa hərbi yardım göndərməməsi, vəziyyəti araşdırma missiyası göndərməsi ilə bağlı suala aydınlıq gətirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova erməni jurnalistin “Vəziyyət nə qədər gərginləməlidir ki, KTMT əhəmiyyətli müdaxilə eləsin?” sualına cavab olaraq KTMT-nin xüsusi missiyasının göndərilməsinin bu təşkilatın əhəmiyyətli müdaxilə imkanı olduğunu vurğulayıb.

“İkinci məqam isə, əminəm ki, bu sual Rusiyaya ünvanlanmamalıdır. Ona görə ki, son iki ildə bizim ölkə tərəfindən çoxillik köhnəlmiş böhranı həll etmək üçün çoxlu işlər görülüb. Bunlar kağız üzərində edilməyib, “yerdə” edilib. Başa düşürəm ki, belə ağır vəziyyətlərdə hamı sehrli çubuğun müdaxilə edib, problemi həll etməsini istəyir. Lakin bu, ancaq nağıllarda olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR