Zaxarova Lavrovun İndoneziyada xəstəxanaya yerləşdirilməsi xəbərini "feyk" adlandırıb - YENİLƏNİB

Zaxarova Lavrovun İndoneziyada xəstəxanaya yerləşdirilməsi xəbərini "feyk" adlandırıb - YENİLƏNİB
# 14 noyabr 2022 13:28 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bali adasında xəstəxanaya yerləşdirilməsinə dair xəbərə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova bu barədə məlumatı "feyk" adlandırıb.

“Sergey Viktoroviçlə İndoneziyada xəbər lentini oxuyuruq və gözlərimizə inanmırıq: sən demə, o, xəstəxanaya yerləşdirilib. Əlbəttə ki, bu, "feyklər"in ali pilotajıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

***

13:18

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə AP-nin reportyoru İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.

İndoneziya rəsmiləri bildirib ki, Lavrov səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. İndoneziya hökumətinin üç rəsmisi və tibb işçisi “Associated Press”ə rus diplomatın müalicə olunduğunu bildirib.

Mənbələrdən ikisi Lavrovun ürək xəstəliyindən müalicə olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR