Zaxarova Makronun Ukrayna ilə bağlı son açıqlamasını absurd adlandırıb

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 01 fevral 2023 18:42 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun “Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq” sözləri absurddur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa Prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR