Zaxarova: Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır

Zaxarova: Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılması araşdırılır
# 14 noyabr 2019 18:07 (UTC +04:00)

Rusiya hüquq-mühafizə orqanları Krasnodar diyarının Armavir şəhərində yerləşən erməni məbədində faşist Qaregin Njdenin xatirə lövhəsinin qara rəngə boyanılmasını araşdırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu barədə informasiya yayılan kimi hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Armavir Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Aleskey Vinoqradov noyabrın 12-də Armavirdəki erməni məbədində yerləşən faşist Qaregin Njdenin xatirə lövhəsini qara rəngə boyayıb. O, yerli hakimiyyət orqanları və Rusiyadakı erməni diasporunun məlum xatirə lövhəsinin sökülməsi ilə bağlı verdiyi iki həfətlik müddətin başa çatdığına görə belə bir addımı atdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR