Zaxarova: Qərb Ukraynadakı ssenari üzrə Moldovanı anti-Rusiya kampaniyasına cəlb edir

Zaxarova: Qərb Ukraynadakı ssenari üzrə Moldovanı anti-Rusiya kampaniyasına cəlb edir
# 30 noyabr 2022 16:55 (UTC +04:00)

Qərb Ukraynadakı analoji ssenari üzrə Moldovanı anti-Rusiya kampaniyasına cəlb edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Təəssüf hissi ilə qeyd edirik ki, Qərb respublika hakimiyyətinin əli ilə Moldovanı fəal şəkildə anti-Rusiya kampaniyasına cəlb etməkdə davam edir. Ssenari Ukraynada reallaşdırılan ssenariyə bənzəyirdi: informasiya məkanını mənfi rəylərdən təmizləmək, siyasi repressiyalar, rusofobiyanın qızışdırılması, neytral statusdan uzaqlaşma, NATO ilə yaxınlaşma. Bütün bunlar Qərbdən qidalanan siyasətçilərin əli ilə edilir",- deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR