Zaxarova: "Türkiyə-Ermənistan dialoqu regionun maraqlarına cavab verir"

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 14 iyul 2022 14:14 (UTC +04:00)

Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini hər zaman dəstəkləyir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına cavab verir”, -Rusiya XİN sözçüsü bildirib.

Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə deyil, hər zaman İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR