Zelenski Baydenlə yanvarın 2-də danışacaq

Zelenski Baydenlə yanvarın 2-də danışacaq
# 31 dekabr 2021 23:40 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də ABŞ Prezidenti Co Baydenlə danışıq aparacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna rəhbəri şəxsi Twitter hesabında məlumat verib.

Zelenski bildirib ki, ABŞ Ukraynanın strateji tərəfdaşıdır. Bazar günü keçiriləcək danışıqların məqsədi Ukraynada sülh və Avropada təhlükəsizlik naminə atılacaq addımları koordinasiya etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR