Zelenski: Kreml uduzmalıdır, azadlıq müdafiəçilərimizin silahlara ehtiyacı var

Zelenski: Kreml uduzmalıdır, azadlıq müdafiəçilərimizin silahlara ehtiyacı var
# 20 yanvar 2023 14:41 (UTC +04:00)

"Kreml uduzmalıdır, azadlıq müdafiəçilərimizin silahlara ehtiyacı var".

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın Ramşteyn Hərbi Hava Bazasında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iştirakçılarına müraciətində deyib.

“Rusiya xalqları məhv etmək gücünə sahib olmaq istəyir və onlar bu barədə Moskvada açıq danışırlar. Rusiya nifrətin dünyadan güclü ola biləcəyinə hamını inandırmağa çalışır", - Zelenski çıxışında deyib.

Ukrayna lideri onun ölkəsinə yardım edən tərəfdaşlara təşəkkür edərək indi daha çox hərbi dəstəyə ehtiyac olduğunu vurğulayıb.

"Sizlərə indiyə qədər verdiyiniz dəstək üçün yüz dəfə təşəkkür edirəm, lakin bizim daha çox silaha ehtiyacımız var. Bizim havadan müdafiə sistemlərinə ehtiyacımız var, çünki biz öz vətəndaşlarımızı Rusiyanın hava hücumlarından qorumalıyıq. Mən hamınıza indiyə qədər bizə göndərdiyiniz hərbi yardıma görə təşəkkür edirəm. Sizin göndərdiyiniz yardım bizim xalqımızı Rusiya terrorundan xilas etməyə kömək edir. Lakin vaxt ciddi məsələdir. Bizim çox az vaxtımız var. Yardım daha da sürətlənməlidir. Biz daha tez hərəkət etməliyik. Rusiya ümumbəşəri dəyərləri məhv etmək istəyir”, - o xəbərdarlıq edib.

Prezident Zelenski deyib ki, Ukraynanın Rusiyadan müdafiəsi üçün yüzlərlə tank lazımdır.

“Rusiyanın başladığı müharibə gecikmələrə imkan vermir. Yüzlərlə təşəkkürlər yüzlərlə tankı əvəz etmir. Zaman bizim ümumi silahımıza çevrilməlidir", - Ukrayna prezidenti əlavə edib.

O, iclas nümayəndələrini “nifrətin hökm sürəcəyi” dünya nizamına imkan verməməyə və Ukraynanın Rusiyadan müdafiəsinə kömək etmək üçün səylərini artırmağa çağırıb.
"Bizə lazım olan artilleriyaya, silah-sursatlara zəmanət vermək sizin səlahiyyətinizdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR