Zelenski Putinə görüşməyi təklif edib

Zelenski Putinə görüşməyi təklif edib
# 08 iyul 2019 14:06 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Ukrayna prezidenti “Facebook”dakı səhifəsində video müraciəti zamanı bildirib.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət etmək istəyirəm. Danışmaq lazımdır? Lazımdır! Gəlin Krımın kimə məxsus olduğunu, Donbasdakı vəziyyəti müzakirə edək”, - deyə V. Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR