Zelenskinin korteji avtobusla toqquşub - FOTO

Zelenskinin korteji avtobusla toqquşub - FOTO
  • Clock-gray 05:35
  • calendar-gray 15 İyul 2019

 

Ukrayna prezidenti Vladimir Zelenskinin üç avtomobildən ibarət korteji Zaporoje rayonundan paytaxtda gələrkən qəza törədib.

APA-nın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, kortejdə olan avtomobillərdən biri uşaqları daşıyan avtobusla toqquşub.

Məlumata görə, qəza prezidentə məxsus avtomobillərdən birinin ötmə əməliyyatı etmək istəyərkən baş verib. 

İddiaya görə, sürücünün yuxulu olması yol qəzasına səbəb olub. 

Hadisə zamanı avtobusda olan uşaqlardan heç birinin xəsarət almadığı bildirilib. 

Mənbənin sözlərinə görə, Zelenski avtomobildə olmayıb, O, paytaxta təyyarə ilə gəlib.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date