AİHM Gürcüstan hökumətini 56 min avro cərimələyib

AİHM Gürcüstan hökumətini 56 min avro cərimələyib
# 18 iyul 2019 13:20 (UTC +04:00)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan hökumətini 56 min avro cərimələyib.

APA-nın yerli bürosunun xəbərinə görə, məhkəmənin rəsmi internet səhifəsində bildirilib ki, 2006-cı il mayın 2-də Gürcüstanda məhkəmə orqanlarına qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı Zurab Vazaqaşvili və Aleksandr Xubulovun qətlə yetirilməsi həmin dövrdə cinayətkar dəstə üzvlərinin öldürülməsi kimi təqdim edilib.

Lakin sonradan məsələnin bir daha araşdırılması tələbi ilə etiraz aksiyaları keçirilib. Yerli məhkəmə orqanlarından müsbət cavab almayan Z. Vazaqaşvilinin ailəsi 2007-ci ildə AİHM-ə müraciət edib.

2015-ci ildə Baş Prokurorluq əməliyyatda iştirak edən sabiq məhkəmə əməkdaşları və 11 polisə qarşı xüsusi əməliyyat keçirib. Onları qəsdən adam öldürmə, dəlillərin saxtalaşdırılması, qəsdən qanunsuz saxlama ittihamları ilə həbs edib. Tbilisi Şəhər Məhkəməsi saxlanılanlar arasında olan Xüsusi Əməliyyatlar polisinin rəisi Qriqol Kvinikadzenin 4 il 6 ay müddətinə həbs edilməsinə qərar verib.

Beləliklə AİHM Z. Vazaqaşvili işi üzrə Gürcüstan hökumətini 50 min avro cərimələyib.

Məhkəmə bu gün daha bir Gürcüstan vətəndaşı - Nodar Qoqaladzenin də polis tərəfindən işgəncə və qeyri-insani rəftar görməsini təsdiq edərək şikayətini təmin edib. AİHM bu iş üzrə Gürcüstanın 6 min avro məbləğində təzminat ödəməsinə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR