Ermənistanda 5 nəfərdə qarayara aşkarlanıb

Ermənistanda 5 nəfərdə qarayara aşkarlanıb
# 20 avqust 2019 13:12 (UTC +04:00)

Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb.

APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər.

Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR