Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir

Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
# 19 sentyabr 2019 14:23 (UTC +04:00)

Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirir.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıb.

Polis Baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb.

Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR