Gürcüstanda baş verən avtomobil qəzasında 3 nəfər ölüb

Gürcüstanda baş verən avtomobil qəzasında 3 nəfər ölüb
# 14 avqust 2019 11:32 (UTC +04:00)

Qərbi Gürcüstan ərazisində ağır yol qəzası olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Tbilisi-Senaki-Leselidze avtomobil yolunun İqoeti ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin səkiyə çırpılması nəticəsində avtomobildə olan 3 sərnişin ölüb, sürücü və daha bir sərnişin xəsarət alıb. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276 (8) maddəsi ilə (yol hərəkəti təhlükəsizliyi və istismar qaydalarının pozulması ilə iki və ya daha çox insanın ölümü ilə nəticələnmə, altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək vəzifə və ya işləmək hüququndan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR