Gürcüstandan Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Gürcüstandan Azərbaycana gələn turistlərin sayı açıqlanıb
# 23 avqust 2019 11:15 (UTC +04:00)

2019-cu ilin ikinci rübündə Gürcüstandan Azərbaycana 117.9 min nəfər səyahət edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında məlumat verilib. Bildirilib ki, hesabat dövründə Gürcüstandan Azərbaycana edilən turist səfərləri bu ölkədən xaricə edilən səfərlərin ümumi sayının 20.4 faizini təşkil edib.

Hesabat dövrü ərzində Gürcüstandan ən çox turistin Türkiyəyə getdiyi bildirilib. Aprel-iyun ayları ərzində Gürcüstandan Türkiyəyə gedən turistlərin sayı 255.3 min nəfər olub ki, bu da hesabat dövründə xaricə səfər edən turistlərin ümumi sayının 44.3 faizini təşkil edib.

Bu ilin 2-ci rübündə ümumilikdə 780.1 min Gürcüstan sakini xaricə səfər edib ki, bundan 561 mini ziyarət məqsədi ilə edilib. Səyahət edənlərin 45.3 faizini 31-50 yaş aralığında olan insanlar təşkil edir. Ümumilikdə 325.6 min nəfər turizm məqsədi ilə xaricə səfər edib. Ziyarətlər orta hesabla 3.8 gün çəkib və 94.9 faizi təkrarlanan səfərlərdir.

Aprel-iyun ayları ərzində gürcü turistlərin səfər xərcləri ümumilikdə 617.5 milyon lari təşkil edib ki, adambaşına düşən səfər xərci orta hesabla 1 100.7 lariyə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR