Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO

Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO
# 14 avqust 2019 06:38 (UTC +04:00)

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya qayıdarkən onun olduğu təyyarəyə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıların yaxınlaşması ilə bağlı məlumata münasibət bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, partiya sədri Telegram səhifəsində vurğulayıb ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektləri vurmaq lazımdır: “Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.


Xatırladaq ki, avqustun 13-də Rusiya Müdafiə naziri Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıları yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən SU-27-lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələri Krallığına məxsus qırıcılar uzaqlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR