Kamçatkada Qoreli vulkanı ətrafında bir turist itkin düşüb

Kamçatkada Qoreli vulkanı ətrafında bir turist itkin düşüb
# 26 avqust 2019 04:38 (UTC +04:00)

Kamçatkada Qoreli vulkanına gedən turistlərdən biri yoxa çıxıb.

APA RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bazaar günü Kamçatkada 29 nəfərdən ibarət qrup vulkanın ətrafı boyunca uzanan cığırla hərəkət ediblər. Hava şəraiti pisləşdiyindən on metrdən uzağı görmək mümkün olmayıb. Vulkanın ətəyinə endikdən sonra məlum olub ki, turistlərdən bir nəfər yoxdu.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka Xilasetmə Mərkəzinin xilasediciləri və ərazisindəki Mülki Müdafiə, Fövqəladə Hallar və Yanğın Təhlükəsizliyi Mərkəzinin 3 texnika və 17 nəfərdən ibarət axtarış-xilasetmə qrupu turistin axtarışına cəlb ediliblər.

Hazırda axtarış bölgəsində əlverişsiz hava şəraitinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR