Laşa Darsalia: "Ekspert qrupunun yerində ölçü işləri aparması vacib qərarlardan biridir"

Laşa Darsalia: "Ekspert qrupunun yerində ölçü işləri aparması vacib qərarlardan biridir"
  • Clock-gray 19:25
  • calendar-gray 19 Avqust 2019

"Gürcüstan və Azərbaycan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın son iclasında ekspert qrupunun bir tərəfdən sənədləşdirmə, digər tərəfdən yerində ölçü işləri üzərində işləməsini davam etdirməsi vacib qərarlardan biri idi".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirinin müavini, Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri Laşa Darsalia deyib. 

Onun sözlərinə görə, ilk görüşlərdən biri bu gün mütəxəssislər səviyyəsində keçirilir: "Mütəxəssislər artıq işləyirlər və növbəti komissiya iclası məqsədi ilə bir neçə gün işə davam edəcəklər. Bu mərhələdə onlar fərqli sənədləşmələrdən keçəcək və sərhəd yaxınlığında müvafiq sahə işləri aparacaqlar ", - deyə L. Darsalia bildirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date