Lavrov: “Postsovet məkanı ilə bağlı gündəmimiz birləşdirici xarakter daşıyır”

Lavrov: “Postsovet məkanı ilə bağlı gündəmimiz birləşdirici xarakter daşıyır”
  • Clock-gray 14:31
  • calendar-gray 17 İyul 2019

“Rusiyanın postsovet məkanı ilə bağlı gündəmi birləşdirici xarakter daşıyır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

O, Moskvanın postsovet məkanı ilə bağlı gündəminin regionda yerləşən ölkələrin sosial-iqtisadi inkişafının stimullaşdırılmasına, inteqrasiya prosesinin uyğunlaşdırılmasına, kollektiv təhlükəsizliyin, təhlükə və çağırışlara qarşı birgə reaksiya potensialının möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.

“Ukrayna, Gürcüstan və Ermənistandakı siyasi proseslərə sözsüz ki, laqeyd deyilik. Ona görə ki, burada söhbət qardaş xalqlardan gedir. Hansılarla ki, bizi bir dövlətdə yaşamağımız daxil olmaqla, uzun tarixi münasibətlər bağlayır. Təəssüflər olsun ki, Sovet İttifaqının dağılmasından sonra Qərb inandı ki “tarixin sonu” gəlib çatıb, ona bu və ya digər dövlətlərin daxili işlərinə kobud sürətdə qarışmağa, daxili siyasi prosesləri idarə etməyə icazə verilib. Ukrayna buna bariz nümunədir. Ermənistanda isə vəziyyət fərqlidir. Ermənistanla strateji, müttəfiqlik münasibətləri qurulub. O ki qaldı Gürcüstana, əminəm ki, gürcü xalqı rusiyalıları düşmən hesab etmir”, - Rusiya XİN başçısı vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date