Moldova Prezidenti Rusiya ilə tamhüquqlu strateji əlaqələrin bərpasını istəyir

Moldova Prezidenti Rusiya ilə tamhüquqlu strateji əlaqələrin bərpasını istəyir
  • Clock-gray 18:50
  • calendar-gray 14 Avqust 2019

Moldova Prezidenti İqor Dodon Rusiya ilə tamhüquqlu strateji əlaqələrin bərpasını dəstəklədiyini bəyan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İ. Dodon ABŞ Nümayəndələr Palatasının Illinoys ştatından olan üzvü Maykl Kuiqli ilə görüş zamanı deyib. 

"Amerikalı qonağı əmin etdim ki, rəsmi Kişinyov Avropa İttifaqı ilə imzalanmış sənədlər də daxil olmaqla, bütün beynəlxalq sazişləri qoruyub saxlayacaq. Eyni zamanda Moldova Respublikası Rusiya Federasiyası ilə tamhüquqlu strateji əlaqələrin bərpasına nail olmaya çalışacaq”, - İ. Dodon qeyd edib. 

Moldova Prezidenti, həmçinin, Moldovanın yeni hökumətini dəstəklədiyinə görə ABŞ-a minnətdarlığını bildirib və bu  ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında çıxış etmək məqsədilə Nyu-Yorka səfər edəcəyinə ümid etdiyini vurğulayıb. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date